"Lufthansa"nın pilotları xəbərdarlıq tətilinə hazırlaşır


Almaniyanın “Lufthansa” aviaşirkətinin törəmə şirkəti olan “Discover” şirkətinin pilotlarının Milad bayramı öncəsi dekabrın 23-də “iş şəraitinin yaxşılaşdırılması” üçün 5 saatlıq xəbərdarlıq tətili keçirəcəkləri bildiriliblər.


Alman pilotlar ittifaqı Vereinigung Cockpit (VC) tərəfindən edilən açıqlamada "Discover Airlines"in pilotları üçün Almaniyada "ilk kollektiv müqavilə ilə bağlı danışıqların" dayandırıldığı və pilotların tətilə çağırıldığı bildirilib.

Açıqlamada işin dayandırılmasının dekabrın 23-ü şənbə günü səhər saat 8-dən axşam saat 1-ə qədər olacağı bildirilib və tətilin "Discover Airlines"ın Almaniyadakı bütün uçuşlarına təsir edəcəyi vurğulanıb.

2021-ci ildə qurulan "Discover Airlines" 24 "Airbus" təyyarəsinə malikdir və Frankfurt və Münhendəki Lufthansa mərkəzlərindən yola düşür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu