F-16 üçün ukraynalı pilotların hazırlığına başlanması müzakirə edilir


ABŞ-ın rəhbərlik etdiyi Ukrayna üzrə təmas qrupu F-16 döyüş təyyarələri üçün ukraynalı pilotların hazırlanmasını müzakirə edəcək.


AFN.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib. "Mən gözləyirəm ki, təmas qrupunun iclasında pilotların hazırlığı məsələsi müzakirə olunacaq", - deyə Stoltenberq vurğulayıb.

NATO baş katibi əlavə edib ki, pilotların təlimi təyyarələrin çatdırılmasını hazırlayan ilk addım ola bilər. Onun sözlərinə görə, hələlik bu məsələ ilə bağlı konkret razılaşma olmasa da, proqram yayda başlaya bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu