Kolumbiyada yanacaq təchizatı problemi səbəbindən 69 reys təxirə salınıb


Kolumbiyada yanacaq təchizatı problemi səbəbindən 69 reys ləğv edilib.



Milli mətbuatda yer alan xəbərlərə görə, bəzi hava yolu şirkətləri yanacaq tədarükü problemi səbəbindən planlı uçuşları ləğv etmək qərarına gəlib.

"Avianca" aviaşirkəti yanacaq böhranı səbəbilə 4-ü beynəlxalq olmaqla 69 reysin ləğv edildiyini açıqlayıb. Bildirilib ki, problem həll olunmasa, Avianca sabah daha 108 reysi ləğv edə bilər.

Başqa bir hava yolu şirkəti "Latam" da eyni səbəbdən sabahdan etibarən 36 reysi ləğv edəcəyini açıqlayıb.

"Avianca" və "Latam" tərəfindən verilən açıqlamalarda müştərilərin tələblərinə uyğun olaraq 1 ilə qədər pulsuz bilet dəyişdirilməsi və ya tam geri qaytarılacağı bildirilib.

Yanacaq tədarükü problemi ilə bağlı nəqliyyat naziri Maria Kostanza Qarsiya verdiyi açıqlamada, "Təchizat zəncirinin necə işlədiyini və əməliyyatların necə aparıldığını nəzərdən keçiririk. Bəzi hava yolu şirkətlərinin uçuşlarda çevikliyi qorumaq üçün bu həftə bilet satmamaq qərarına gəldiyini öyrəndik. Bunlar profilaktik tədbirlərdir" qeyd edib.

Qarsiya X hesabında etdiyi paylaşımda uçuşların ləğvinin Kolumbiyanın Aviasiya Qaydalarına zidd olduğunu və prosesin araşdırılmasını əmr etdiyini bildirib.

"El Colombiano" internet saytındakı xəbərdə distribyutorların ölkə daxilində daşımalarını məhdudlaşdırmaq qərarına gəldiyi üçün hava yolu şirkətlərinin uçuşları ləğv etdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu