İngiltərədə yanacaqdoldurma məntəqələrində müvəqqəti təchizat məhdudiyyəti yaranıb



İngiltərədə yanacaq qiymətlərində artım davam edərkən, qlobal miqyasda neft tədarükündə yaranan fasilələr və artan tələbat səbəbindən bəzi yanacaqdoldurma məntəqələrində müvəqqəti təchizat məhdudiyyətinin yaşandığı bildirilir. 

AFN.az xəbər verir ki, ABŞ/İsrail-İran müharibəsinin başlamasından sonra enerji ticarəti üçün kritik əhəmiyyət kəsb edən Hörmüz boğazında hərəkətin dayanma nöqtəsinə gəlməsi neft və qaz bazarlarında tədarük və qiymət təzyiqi yaratmağa davam edir.

Müharibədən sonra yanacaq qiymətlərinin yüksəldiyi İngiltərədə benzinin litr qiyməti 1,5 funt-sterlinqi keçib ki, bu da müharibədən əvvəlki dövrlə müqayisədə təxminən 15 faiz artım deməkdir. Dizel yanacağının litr qiyməti isə 1,77 funt-sterlinq səviyyəsinə çatıb.

Milli mətbuatda yer alan xəbərlərə görə, İngiltərənin ən böyük pərakəndə satış şəbəkələrindən biri olan "Asda"nın icraçı direktoru Allan Leyton şirkətin yanacaqdoldurma məntəqələrinin kiçik bir hissəsində müvəqqəti məhdudiyyətlərin olduğunu təsdiqləyib. O, qiymət dalğalanmaları fonunda yanacağa çox güclü tələbat artımı müşahidə etdiklərini bildirib.

Yanacaq satış həcminin əhəmiyyətli dərəcdə artdığını qeyd edən Leyton, tələbatın təklifi üstələdiyini, təchizat zəncirində gərginlik yaşandığını və bu problemin həlli üçün intensiv çalışdıqlarını vurğulayıb. Problemin müvəqqəti xarakter daşıdığını deyən şirkət rəsmisi, çatdırılma müddətlərində bəzi fasilələrin bir müddət də davam edə biləcəyini ehtimal edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu