KİV: İrandan atılan raket Livana düşə bilər
İran tərəfindən İsrailin şimalına atılan raketlərdən biri Livan ərazisinə düşmüş ola bilər.
AFN.az xəbər verir ki, bu iddia ilə "Ynet" portalı çıxış edib.
Məlumata görə, İsrailin İrana qarşı keçirdiyi əməliyyat başlayandan bəri belə bir hadisə ilk dəfə qeydə alınır. Bundan əvvəl İsrail ordusu İrandan növbəti raket buraxılışlarını qeydə aldığını və onların zərərsizləşdirilməsinə başlanıldığını elan etmişdi.
