KİV: İranın Atom Enerjisi Təşkilatının qərargahı yaxınlığında HHM işə düşüb


Tehranın Əmirabad rayonunda, İranın Atom Enerjisi Təşkilatının qərargahının yerləşdiyi ərazidə hava hücumundan müdafiə (HHM) sistemləri hədəflərə qarşı fəaliyyət göstərir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilir ki, Əmirabaddakı Atom Enerjisi Təşkilatının qərargahı ətrafında HHM vasitələri aktivləşdirilib. Hücumlar nəticəsində təşkilatın binasına hər hansı ziyan dəyməsi və ya mümkün xəsarət alanlar barədə hələlik məlumat yoxdur. "Al Hadath" həmçinin İran paytaxtının "müxtəlif rayonlarında" partlayışların baş verdiyi barədə xəbər yayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu