Xorvatiyada icbari hərbi xidmət yenidən bərpa olundu



Xorvatiyada 2008-ci ildə ləğv edilən icbari hərbi xidmət tətbiqinin yenidən qüvvəyə minməsi ilə yüzlərlə gənc xidmət yerlərinə göndərilib.

AFN.az xəbər verir ki, hərbi komissarlıqlara gələn gənclər artıq kazarma rejiminə keçməyə başlayıblar.

İki ay davam edəcək təlim müddəti barədə açıqlama verən Xorvatiya Baş Qərargah rəisi Tihomir Kundid prosesin stressdən uzaq bir mühitdə aparılacağını, təlim saatlarından kənar vaxtlarda telefon istifadəsinə məhdudiyyət qoyulmayacağını qeyd edib. İlk mərhələdə silaha sarılan 800 nəfərin yarısından çoxu könüllü müraciət edənlərdir, iştirakçıların 10 faizini isə qadınlar təşkil edir.

Təlim proqramı müasir müharibə tələblərinə uyğun olaraq aşağıdakı istiqamətləri əhatə edəcək:

  • Dron idarəetməsi və dron müdafiəsi;
  • Kiber müharibə texnikaları;
  • Ənənəvi hərbi bacarıqlar.

Xorvatiyanın müdafiə naziri İvan Anusiç bildirib ki, Rusiyanın Ukraynadakı təcavüzü bu qərarı qaçılmaz edib. Xorvatiyanın bu addımı qonşu ölkələrdə də reaksiyalara səbəb olub; Serbiya Prezidenti Aleksandr Vuçiç yaxın 12 ay ərzində Serbiyada da icbari hərbi xidmətin bərpa olunacağını bəyan edib.

Qeyd edək ki, Xorvatiya bu qərarla NATO daxilində icbari hərbi xidmət tətbiq edən 10-cu ölkə oldu. Ölkə ilin sonuna qədər cəmi 4 min əsgər hazırlamağı hədəfləyir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu