Serbiya hərbi xidmətin icbari olması üçün işə başladı


Serbiyanın Müdafiə Nazirliyi Silahlı Qüvvələrin müdafiə qabiliyyətini artırmaq məqsədilə ölkədə hərbi xidmətin icbari olması ilə bağlı prezident Aleksandr Vuçiçə təklif verildiyini açıqlayıb.



Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Serbiya Silahlı Qüvvələri fəal və ehtiyatda olan şəxsi heyətin gəncləşdirilməsi və təkmilləşdirilməsi üçün hərbi xidmətin məcburi olmasını istəyib.

Müdafiə naziri Miloş Vuçeviç yerli televiziyaya verdiyi açıqlamada, "Bugünkü təşəbbüsdən sonra edilən təklif parlamentdə səsə qoyulmalı olacaq. Hərbi xidmətin məcburi olmadığı 13 ildən sonra ehtiyatda olan kadr yerini doldurmalıyıq. Ölkələrini qorumağa hazır olan yeni əsgərlər bizim üçün təhlükəsizlik ehtiyacıdır” ifadələrini işlədib.

Qeyd edək ki, 2010-cu ildə parlamentdə keçirilən səsvermədə hərbi xidmətin məcburi olmamasına qərar verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu