Serbiya ordusu müharibə hazırlığı vəziyyətinə gətirildi


Serbiya ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.


AFN.az-ın məlumatına bu barədə müdafiə naziri Miloş Vuçeviç açıqlama verib.
O, bildirib ki, ordunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə Serbiya Prezidenti və Serbiya Ordusunun Ali Baş Komandanı Aleksandr Vuçiç əmr verib.
"Serbiya prezidenti Ali baş komandan kimi Serbiya ordusunun döyüş hazırlığının ən yüksək vəziyyətinə gətirlməsi-hərbi gücdən, yəni Serbiya ordusunun hərbi potensialından istifadəyə hazır olmaq barədə əmr verib"-Vuçeviç “Tanyuq” agentliyinə müsahibəsində belə deyib.
Müdafiə nazirtinin sözlərinə görə, məqsəd Serbiyanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək, Serbiyanın bütün vətəndaşlarını qorumaq və harada yaşamasından asılı olmayaraq serblərə qarşı qırğın və terrorun qarşısını almaqdan ibarətdir.
Muçeviç əlavə edib ki, prezident Vuçiç Kosovo və Metoxiya muxtar əyalətindəki vəziyyəti və Kosovo albanlarının hakimiyyət orqanlarının serblərə hücum etməyə və barrikadaları zorla aradan qaldırmağa hazırlaşdığını nəzərə alaraq, ordunu gücləndirmək əmri verib.

M.Vahidli
AFN.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu