NATO Kosovodakı vəziyyətlə bağlı Priştinaya xəbərdarlıq edib


NATO-nun baş katibi Yens Stoltenberq Kosovodakı vəziyyətlə bağlı Priştinaya xəbərdarlıq edib.


AFN.az xəbər verir ki, bu barədə o, Twitter səhifəsində yazıb.

Josep Borrell ilə danışıqlardan sonra Stoltenberq "Priştina eskalasiya səviyyəsini azaltmalı, birtərəfli sabitliyi pozan addımlar atmamalıdır" sözlərini yazıb.

Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç Serbiya Silahlı Qüvvələrinin hissələrinin döyüş hazırlığının ən yüksək səviyyəyə yüksəldilməsi haqqında sərəncam imzalamışdı. Buna səbəb serb əksəriyyətinin Kosovonun şimalında keçirilən seçkiləri boykot etməsi zamanı yaranmış gərginlik olub.

Serbiyanın Müdafiə naziri Miloş Vuçeviç bildirib ki, gərginlik maksimumdur, göstərici xüsusilə serblər arasında qırmızı gərginlik zonasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu