Bağdad: İraq regional münaqişədə tərəf deyil


İraq hökuməti Yaxın Şərqdə genişlənən hərbi münaqişədə iştirak etmədiyini və qonşu dövlətlərin daxili işlərinə qarışmadığını bəyan edib.

AFN.az-ın xəbərinə görə, İraq Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Bassem əl-Avadi INA agentliyinə verdiyi açıqlamada rəsmi Bağdadın bölgədəki gərginliyin nizamlanması üçün yeganə çıxış yolunu dialoqda gördüyünü bildirib.

Hökumət rəsmisi vurğulayıb ki, İraq öz ərazisinin qonşu ölkələrə zərər vurmaq üçün plasdarma çevrilməsinə qətiyyən icazə verməyəcək. "İraq müharibəni rədd edir və problemlərin həllində danışıqlar masasını alternativsiz hesab edir", – deyə əl-Avadi qeyd edib. Qonşu ölkələrdəki hərbi eskalasiya fonunda verilən bu bəyanat İraqın bitərəfliyini qorumaq cəhdi kimi qiymətləndirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu