"İraq torpaqlarından qonşu ölkələrə hücum edilməyəcək"- rəsmi Bağdad




"İraq müharibə meydanına çevrilərsə, atəşi bütün bölgəyə yayılar".

AFN-in "Fars" agentliyinə istinadən məlumatına görə, bunu İraq Respublikasının baş naziri Adil Abd Əl-Mehdi Səudiyyə Ərəbistanına məxsus milli neft şirkətinə edilən hücumla bağlı danışarkən deyib. O, bildirib ki, ölkəsi bölgədə yeni bir müharibənin alovlanmasının qarşısını alır: "Bir daha İraq torpaqlarından qonşu ölkələrə hücum edilməsinə icazə verməyəcəyik. İddia edildiyi kimi, "Aramco" neft şikətinə edilən basqın bizim ərazidən həyata keçirilməyib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu