İraq və KRG neft ixracı ilə bağlı razılığa gəldi


İraq federal hökuməti və İraq Kürdüstan Regional Rəhbərliyi (KRG) Türkiyə üzərindən neft ixracını davam etdirmək barədə razılığa gəliblər.


AFN.az-ın xəbərinə görə, İraq hökumətinin rəsmisi "Reuters" agentliyinə bildirib ki, neft ixracının davam etdirilməsi üçün Türkiyəyə rəsmi sorğu göndərilib və onlar neft axınının yaxın bir neçə saat ərzində başlayacağını gözləyirlər.

Martın 25-də İraq Beynəlxalq Arbitraj Məhkəməsində iddiasını qazandıqdan sonra, KRG-dən Türkiyəyə gündəlik 450 min barel neft ixracı dayandırılmışdı.

Bu miqdar qlobal gündəlik hasilatın 0,5 faizini təşkil etsə də, bu vəziyyət KRG-dəki neft şirkətlərinin hasilatı dayandırmasına və ya nefti məhdud tutumlu anbarlarda saxlamasına səbəb olub və bu da neftin qiymətinin artmasına səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu