Terror təhlükəsi səbəbindən Kapitolinin təhlükəsizlik tədbirləri gücləndirilib
ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatlar fonunda mümkün terror aktları ehtimalı ilə əlaqədar Konqres binasının – Kapitolinin mühafizəsini gücləndirmək barədə göstəriş verib.
AFN.az xəbər verir ki, bu barədə "Fox News" telekanalının Konqresdəki müxbiri Çad Perqrem şəxsi mənbələrinə istinadən məlumat yayıb.
"Fox"a daxil olan məlumata görə, İrana endirilən zərbələrdən sonra terror aktları ilə bağlı yaranan narahatlıq səbəbindən bu axşamdan və sabahdan etibarən ABŞ Kapitolində gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək", – deyə o, "X" sosial şəbəkəsində yazıb.
Müxbir qeyd edib ki, hakimiyyət orqanlarının əlində Kapitoli üçün birbaşa təhlükə barədə hələlik konkret məlumat yoxdur. Həmçinin, yeni təhlükəsizlik perimetri yaratmaq üçün Konqres binası ətrafında əlavə çəpərlərin qurulması planlaşdırılmır.



