Xamenei və Pezeşkian hədəf alındı, SEPAH komandirləri arasında ölənlər var
ABŞ və İsrailin həyata keçirdiyi hərbi zərbələrin əsas hədəfləri İranın Ali lideri Ayətullah Əli Xamenei və prezident Məsud Pezeşkian olub.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İsrailli rəsmi şəxs bildirib. Hücumların nəticələri barədə hələlik dəqiq məlumat verilməsə də, prosesin gedişatı ilə bağlı bəzi detallar bəlli olub.
Əli Xamenei zərbələr zamanı Tehranda olmayıb və əvvəlcədən təhlükəsiz yerə təxliyə edilib. İran hakimiyyətinə yaxın mənbələr isə bildirir ki, hava hücumları nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə yüksək rütbəli komandiri və bəzi siyasi xadimlər həlak olub.
İran mediası hazırda ölkənin xarici işlər naziri Abbas Əraqçinin təhlükəsizlikdə olduğunu və xəsarət almadığını xəbər verir. Bölgədə gərginlik artmaqda davam edir.

