Xamenei: ABŞ və İsrailin Suriyadakı çevrilişdə iştirakı var
Suriyada hərbi çevriliş ABŞ və İsrail tərəfindən “qonşu ölkənin” dəstəyi ilə planlaşdırılıb, İranda buna dair sübut var.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İranın ali lideri Əli Xamenei xalqa müraciəti zamanı deyib.
“Şübhə olmamalıdır ki, Suriyada baş verənlər amerikalılarla sionistlərin (israillilər nəzərdə tutulur-red.) birgə planıdır. Bəli, Suriyaya qonşu olan bir dövlət də öz rolunu oynayıb və indi də oynayır. Lakin əsas sui-qəsdçilər ABŞ və sionistlər idi. Bunun sübutları var”, - deyə Xamneyi bildirib.