Pentaqon rəhbərindən İrana xəbərdarlıq: Bütün variantlar masadadır



ABŞ-ın müdafiə naziri Pit Heqset İranla aparılan danışıqlar prosesində bütün variantların masada olduğunu bildirərək, Tehran rəhbərliyinin mütləq razılığa gəlməli olduğunu deyib.

AFN.az-ın məlumatına görə, Heqset Kolorado ştatına səfəri zamanı jurnalistlərə açıqlamasında İranla davam edən danışıqlara və hərbi müdaxilə ehtimalına toxunub.

İranın mütləq bir saziş imzalamalı olduğunu və Prezident Donald Trampın da buna üstünlük verdiyini qeyd edən nazir, ortaq məxrəcə gəlinmədiyi təqdirdə Trampa təqdim olunacaq müxtəlif hərbi variantların mövcudluğunu vurğulayıb.

Heqset hərbi hücum ehtimalı ilə bağlı suala belə cavab verib: "Hər şey masadadır. Bu, Prezidentin qərarıdır. Biz bir razılığın əldə olunmasını təmin etmək üçün buradayıq. Hesab edirəm ki, İranın yaxşı bir razılaşmaya imza atması müdrik addım olar".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Baş Qərargah rəisi Den Keynin "İranla müharibəyə qarşı olduğu" barədə yayılan iddiaları tamamilə təkzib etmişdi. Tramp, həmçinin xəbərdarlıq etmişdi ki, razılıq əldə olunmasa, bu, İran üçün çox pis nəticələnəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu