Venesuela: ABŞ müdaxiləsində ölənlərin sayı 100-ə çatdı



Venesuela Daxili İşlər Naziri Diosdado Kabello bildirib ki, ABŞ‑ın ölkəyə qarşı həyata keçirdiyi hərbi müdaxilə zamanı ölənlərin sayı 100‑ə çatıb.

Nazir Kabello dövlət televiziya kanalı VTV ilə söhbətində qeyd edib ki, müdaxilə zamanı çox sayda insan həyatını itirib və hətta evlərində olan qadınlar da yaralananlar arasındadır.

Kabello deyib: “Ölkəmizə qarşı edilən hücum dəhşətli idi, bu bir faktdır və bunu heç kim gizlədə bilməz. Bu ana qədər 100 ölü və eyni sayda yaralı var. Venesuela xalqı ləyaqətli və cəsur bir xalqdır”.

Kabello əlavə edib ki, ABŞ-ın istifadə etdiyi son dərəcə güclü bombalar nəticəsində münaqişə ilə əlaqəsi olmayan mülki şəxslərin həyatını itirdiyi məlum olub və basqın zamanı prezident Nikolas Maduronun həyat yoldaşı başından, Maduronun özü isə ayağından yaralanıb.

O, həmçinin bildirib ki, bombardman nəticəsində sivillər, təhlükəsizlik qüvvələrinin üzvləri və xarici vətəndaşlar da daxil olmaqla çoxlu sayda insan həyatını itirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu