Venesuelada etiraz aksiyaları başlayıb


Cənubi Amerika ölkəsi Venesuelada bazar günü keçirilən seçkilərdə Nikolas Maduronun yenidən prezident seçilməsindən sonra ölkə daxilində etiraz aksiyaları keçirilib.



Müxalifətdən olan Birləşmiş Demokratik Platformanın (PUD) prezidentliyə namizədi Edmundo Qonzales Madurodan iki dəfə çox səs toplayaraq şəksiz qələbə qazandığını iddia etdikdən sonra Maduronun yenidən prezident seçildiyini elan etməsi 20 ştatda müxalifət tərəfdarlarını küçələrə çıxarıb.

Ölkə daxilində keçirilən 187 etiraz aksiyasında polis nümayişçilərə sərt müdaxilə edərkən, Taçira əyalətində 1, Maracay şəhərində də 1 nəfər olmaqla 2 nəfər həyatını itirib.

Paytaxt Karakasda Miraflores prezident sarayının yaxınlığında toplaşan kütləyə polis gözyaşardıcı qazdan müdaxilə edib, qalxan və dəyənəklərlə sədd qurub.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu