Luvr muzeyinə giriş tarifləri 2026-cı ildə artacaq


Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyinə giriş tarifləri Avropa İttifaqı (Aİ) və üç ölkədən kənardan gələn turistlər üçün 2026-cı il yanvarın 14-dən etibarən 45 faiz artırılacaq.

Milli mətbuatda yer alan xəbərlərə görə, Parisdəki dünyaca məşhur Luvr muzeyinin İdarə Heyəti 2026-cı il yanvarın 14-də muzeyə giriş tariflərində dəyişiklik edilməsinə razılıq verib.

Yeni qaydalara görə, Aİ, İslandiya, Lixtenşteyn və Norveçdən kənar gələn ziyarətçilər üçün giriş biletləri həmin tarixdən etibarən 45 faiz artaraq 32 avro olacaq.

Xatırladaq ki, Fransanın mədəniyyət naziri Raşida Dati bu ilin əvvəlində verdiyi açıqlamada Luvr muzeyinin giriş tarifləri üçün fərqli qiymətlərin tətbiq olunmasını arzuladığını bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu