Hizbullah Tabatabainin öldürüldüyünü açıqladı


Hizbullah İsrail ordusunun Beyrutun cənubundakı Dahiyə bölgəsinə etdiyi hücumda təşkilatın hərbi qanadının lideri Heysem Əli Tabatabainin öldüyünü bildirib.

Hizbullah tərəfindən yayılan açıqlamada Tabatabainin uzun illər ərzində təşkilatın hərbi strukturunda kritik vəzifələr daşıdığı və müqavimətin əsaslarını qoyan komandanlardan biri olduğu qeyd edilib.

Hizbullahın açıqlamasında həmçinin təşkilat üzvləri Mustafa Əsəd Berru, Rıfat Əhməd Hüseyn, Qasım Hüseyn Bercavi və İbrahim Əli Hüseynin də Dahiyə hücumunda öldüyü bildirilib.

Qeyd edək ki, Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, Beyrutun Dahiyə bölgəsinə edilən İsrail hücumunda 5 nəfər həyatını itirib, 28 nəfər yaralanıb.

İsrailin dövlət televiziyası KAN isə Tel-Əviv rəhbərliyinin Beyruta həyata keçirilən hücumdan əvvəl ABŞ-ı məlumatlandırdığı barədə xəbər yayıb.

İsrail Baş Nazirliyinin Ofisinin açıqlamasında Beyruta edilən hücumda Hizbullahın hərbi qanadının liderinin hədəf alındığı qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu