İsrail Beyrutun cənubuna hava hücumu təşkil edib
İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubuna hava zərbələri endirib.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee X hesabındakı paylaşımda Beyrutun cənubunda Hizbullahın silah anbarını vurduqlarını bildirib.
İsrail oktyabrın 10-dan bəri Beyruta hücum etmirdi. Bundan əvvəl Adraee Beyrutun cənubundakı bəzi yerlərin Hizbullaha aid olduğunu bildirmişdi. Onun açıqlamasından sonra həmin ərazilərə bomba zərbələri endirilib.
İsrailin Livana hücumları nəticəsində 2 min 350 nəfər ölüb