İsrail döyüş təyyarələri Beyrutda səs bumuna səbəb olub
İsrail döyüş təyyarələri Livanın hava məkanını pozaraq, Beyrut səmasında alçaqdan uçaraq səs bumu yaradıblar.
İsrail ordusuna məxsus döyüş təyyarələri Hizbullahın baş katibi Həsən Nəsrullahın çıxışından əvvəl Beyrut səmasında alçaqdan uçub.
Döyüş təyyarələri alçaqdan uçduqdan sonra səs maneəsini sındırdılar və iki ardıcıl səs bumu yaranıb.
Səs bumundan Beyrutun cənubunda Hizbullahın qalası kimi tanınan Dahiyedə bəzi evlərin şüşələri sınıb.