Gürcüstanda baş verən torpaq sürüşməsində 4 nəfər ölüb


Gürcüstanda yol tikintisində baş verən torpaq sürüşməsi səbəbindən 4 işçinin həyatını itirdiyi, 1 işçinin yaralandığı bildirilib.

Gürcüstan Avtomobil Yolları İdarəsi tərəfindən yayılmış açıqlamada bildirilib ki, Mtsxeta-Mtianeti bölgəsinin Duşeti bələdiyyəsinə daxil olan Tskere kəndi yaxınlığında yol tikintisi zamanı torpaq sürüşməsi baş verib.

Açıqlamada torpaq sürüşməsi nəticəsində 5 işçinin torpaq altında qaldığı qeyd edilib.

Bir işçinin xilas edildiyi, 4 işçinin isə həyatını itirdiyi vurğulanıb. Açıqlamada həmçinin işçilərin Türkmənistan və Çin vətəndaşları olduğu bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu