ABŞ və Ukrayna sülh planının razılaşdırılmasında Avropa ilə əlaqələri davam etdirəcək


ABŞ administrasiyası və Ukrayna, Ukrayna böhranının həlli üzrə sülh planı razılaşdırıldıqca Avropa tərəfdaşları ilə sıx əlaqələri davam etdirməyə razılaşıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, 23 noyabrda Cenevrədə keçirilən məsləhətləşmələrdən sonra Ağ Ev tərəfindən yayılan birgə bəyanatda qeyd olunur.

“Ukrayna və ABŞ qarşıdakı günlərdə birgə təkliflər üzərində intensiv işi davam etdirmək barədə razılığa gəliblər. Proses irəlilədikcə Avropa tərəfdaşları ilə də sıx təmas saxlanılacaq”, — deyə sənəddə bildirilir.

Bəyanatda vurğulanır ki, planın yekun versiyası barədə son qərarı ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski verəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu