Sabiq idarə rəisi həbsdə öldü



Ləğv olunmuş “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin keçmiş rəisi Mahir Əliyev həbsdə vəfat edib.

AFN.az-ın xəbərinə görə, o, 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Əliyev 2017-2021-ci illərdə sözügedən idarənin rəisi vəzifəsində çalışıb. 2021-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Daha sonra Mahir Arif oğlu Əliyev Cinayət Məcəlləsinin bir neçə maddələri üzrə təqsirli bilinib və müvafiq hökmlə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu