Keçmiş icra başçısı vəfat etdi
Azərbaycanda keçmiş icra başçısı vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, Qobustan Rayon İcra Hakimiyyətinin sabiq rəhbəri Rafiq Alışov uzun sürən xəstəlikdən sonra dekabrın 8-də dünyasını dəyişib. Onun təzyiqdən əziyyət çəkdiyi və bir müddət öncə infarkt keçirdiyi bildirilir.
Qeyd edək ki, R.Alışov 2016-cı ildə isə Bakı ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbs olunub. Hökmə əsasən, o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
R.Alışov Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) və 320-ci (Saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub. Səhhətindəki problemlərə görə 2017-ci ildə qəbul edilən amnistiya aktı çərçivəsində əfv olunaraq azadlığa buraxılıb.
Xatırladaq ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Mərhumun 67 yaşı var idi.