Baltik ölkələri öz hərbi hava qüvvələrini yaratmağı planlaşdırmır - AÇIQLAMA


Baltik ölkələri öz Hərbi Hava Qüvvələrini yaratmağı nəzərdə tutmur, çünki bu həm çox baha başa gəlir, həm də NATO müttəfiqləri onların hava məkanının təhlükəsizliyini təmin edir.

AFN.az xəbər verir ki, bunu Estoniya xarici İşlər naziri Margus Tsahkna bildirib. Tsahkna Almaniyanın "Handelsblatt" qəzetinə verdiyi müsahibədə deyib: “Vilnüs sammitindən sonra bizdə çox aydın və möhkəm müdafiə planları var. Öz Hərbi Hava Qüvvələrini yaratmaq çox bahalı olardı və buna ehtiyac yoxdur, çünki NATO-nun hava məkanını müşahidə və qoruma missiyaları bu sahəni əhatə edir”.

Nazir vurğulayıb ki, Baltik ölkələri maliyyə vəsaitlərini məqsədyönlü olaraq digər texnologiyalara yatırır.

Tsahkna ABŞ-ın Ukrayna üzrə yeni sülh planını şərh edərək qeyd edib ki, ədalətli və uzunmüddətli sülh Ukrayna və Avropa olmadan mümkün deyil.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu