“Meta” İspaniya mediasına 554 milyon dollar ödəməlidir - məhkəmə qərarı



İspaniya məhkəməsi “Meta” şirkətini yerli mediaya təxminən yarım milyard avro ödəməsi ilə bağlı qərar qəbul edib.

AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, Madridin ticarət məhkəməsi №15 bu qərarı verib. Qərarda bildirilir ki, sosial şəbəkə nəhəngi Avropa qanunvericiliyini pozaraq istifadəçilərin şəxsi məlumatlarını əldə edib və onları daha effektiv reklam yaratmaq üçün istifadə etməklə ədalətsiz bazar üstünlüyü qazanıb.

İnstagram və feyzbuku özündə birləşdirən "Meta" 81 İspan media şirkətinə ümumilikdə 481 milyon avro (təxminən 554 milyon dollar) kompensasiya ödəməli olacaq.

Məhkəmənin qərarında qeyd olunub: “Meta"nın bu qədər şəxsi məlumatla qanunsuz davranışı ona İspaniyanın onlayn mediasına qarşı müqayisəedilməz üstünlük qazandırıb. "Meta"nın fəaliyyəti İspaniyanın rəqəmsal media gəlirlərinə zərər vurub”.

Məhkəmə həmçinin bildirib ki, "Meta" beş il boyunca Avropa qaydalarını pozub. ABŞ şirkəti yalnız 2023-cü ildə şəxsi məlumatların toplanmasına dair hüquqi bazasını yeniləyərək Avropa qanunvericiliyinə uyğunlaşdırıb. 2018-ci il Avropa İttifaqı qaydaları – Ümumi Məlumatların Qorunması Qaydaları (GDPR) – istifadəçilərin şəxsi məlumatlarını toplayan şirkətlərdən onların məxfiliyini qorumaq üçün texniki və təşkilati tədbirləri yerinə yetirməyi tələb edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu