“Meta” Aİ məxfilik qaydalarını pozdu: 400 milyon dollardan çox cərimə ödəyəcək


“Meta” istifadəçiləri hədəflənmiş reklamları qəbul etməyə məcbur etdiyi üçün İrlandiyanın ən yüksək Aİ tənzimləyicisi tərəfindən 400 milyon dollardan çox cərimələnib.


AFN.az xəbər verir ki, İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası “Facebook” və “Instagram” xidmətlərinin Aİ məxfilik qaydalarını pozduğunu aşkar etdikdən sonra “Meta”nı 400 milyon dollardan çox cərimələyib.
Komissiya “Meta” Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydalarını və ya GDPR-ni pozduğuna görə 210 milyon avro (222,5 milyon dollar) cərimə edib. Daha bir cərimə qərarı, eyni qanunu pozduğuna görə “Instagram”a180 milyon avro məbləğində kəsilib.
Cərimələr prosesdəki gecikmələrə görə tənqid olunan İrlandiya tənzimləyicisi tərəfindən “Meta” ilə bağlı iki uzun araşdırmanın nəticəsidir. Müvafiq olaraq, “Meta” üç ay ərzində məlumatların emalı əməliyyatlarını uyğunlaşdırmalıdır.

Leyla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu