ABŞ-ın ordu naziri Kiyevə səfərdən sonra NATO müttəfiqləri ilə görüşəcək
ABŞ-ın ordu naziri Daniyel Driskoll Kiyevə səfərindən sonra NATO müttəfiqləri ilə görüşəcək və onlara ABŞ-ın Ukrayna böhranının həlli planının detalları barədə məlumat verəcək.
AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ administrasiyasının rəsmi nümayəndəsinə istinadən xəbər yayıb. Bildirilir ki, Kiyevdə Driskoll planı prezident Volodimir Zelenskiyə təqdim edəcək.
Qeyd edək ki, ABŞ-ın Ukraynadakı münaqişənin həlli üçün yeni plan hazırlaması və bu barədə Rusiya ilə məsləhətləşmələr aparması haqda bir neçə gündür müzakirələr gedir.


