ABŞ Ukraynanı avtomatik olaraq NATO-ya daxil etmək imkanını nəzərdən keçirir

ABŞ Ukraynanı avtomatik olaraq NATO-ya daxil etmək imkanını nəzərdən keçirir.
AFN.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
“ABŞ-ın sülh sazişinin bir hissəsi kimi gördüyü təhlükəsizlik təminatlarından biri Rusiya müqaviləni pozarsa, Ukraynanın avtomatik NATO-ya üzvlüyüdür”, - deyə telekanalın materialında deyilir.
ABŞ rəsmilərinin fikrincə, belə bir müddəa münaqişənin təkrarlanmasından ehtiyat edən Ukrayna və onun müttəfiqləri üçün əsas problemin həllinə yönələ bilər.