ABŞ Ukraynanın NATO-ya daxil olmasını əngəlləyir?


ABŞ-ın hazırkı prezidenti Co Bayden qarşıdan gələn prezident seçkilərində yenidən seçilcməmək təhlükəsindən qorxduğu üçün Ukraynanın NATO-ya daxil olmasına mane olur.


Belə bir iddia ilə "Business Insider" məlumat yayıb.

ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Nəşr iddia edir ki, Baydenin Ukraynanı Alyansa qoşulmağa həvəsləndirmək istəməməsi Amerika ictimaiyyətini ABŞ-ın münaqişənin dərinliyinə çəkilmədiyinə inandırmaq cəhdidir. "Əks halda, onun prezident seçkilərində yenidən seçilmək şansı kəskin şəkildə azalacaq" - deyə Avropa Şurasının Xarici Əlaqələr Şurasının tədqiqatçısı Leo Litra bildirib.

Materialda Kiyevin israr etdiyi Ukraynanın NATO-ya vaxtından əvvəl daxil olması məsələsinin ortamüddətli perspektivdə ABŞ-da ən yüksək səviyyədə müzakirə olunmayacağı iddia edilir. Bu vəziyyət, nəşrin yazdığı kimi, Ukrayna rəsmiləri üçün "zərbə" olub.

“Foreign Policy” jurnalı NATO-nun Ukrayna üzrə xüsusi nümayəndə postunun yaradılması imkanını müzakirə etdiyini yazıb. Bu təşəbbüs Alyansın Kiyevə əlavə dəstək vermək istəyi ilə bağlıdır. Ehtimal olunur ki, NATO-nun Ukrayna üzrə xüsusi nümayəndəsinin vəzifələrinə müxtəlif Qərb ölkələrindən ölkəyə hərbi yardımın çatdırılmasının əlaqələndirilməsi daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu