Çexiya prezidenti Ukraynanın NATO və Aİ-yə üzvlüyü ilə bağlı: Qərb kömək etməlidir
NATO və Aİ-yə daxil olmaq üçün hazırlıq çox çətindir, lakin Qərb Ukraynaya bütün kriteriyalara cavab verməsinə kömək etməlidir.
AFN.az-ın məlumatına görə, bu barədə Çexiya prezidenti Petr Pavel Reuters agentliyinə müsahibəsində bildirib.
"Mən demirəm ki, bu (Ukraynanın NATO və Aİ-yə üzvlüyü – red.) hansısa konkret zaman üfüqündə olmalıdır, çünki hər iki quruma qoşulmağa hazırlıq çox çətindir, uzun hazırlıq və bütün meyarlar siyahısının yerinə yetirilməsi tələb olunur. Biz bu işdə Ukraynaya kömək etməliyik", - deyə Pavel vurğulayıb.
Eyni zamanda, Çexiya dövlətinin başçısı qeyd edib ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar hələ bu ilin sonunda başlaya bilər. Bu, ölkəyə daha sıx əməkdaşlıq üçün tramplin verəcək, müharibədən sonrakı yenidənqurmaya kömək edəcək və Avropa standartlarına yanaşmanı sürətləndirəcək.
"Söhbət NATO-dan gedirsə... Ukrayna iqtisadi cəhətdən nə qədər sabitdirsə, NATO-ya üzvlük üçün bir o qədər tez hazırlaşır", - prezident əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyansın bütün üzvlərinin Ukraynanın daxil olmasını dəstəklədiyini bildirmişdi.