Estoniyanın baş naziri: Ukrayna NATO-ya daxil olacaq...
NATO Ukraynanın təhlükəsizliyinin təminatına çevrilə bilər, lakin Alyansa üzvlük yalnız müharibə başa çatdıqdan sonra mümkündür.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaya Kallas Kiyevə səfərindən və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra deyib. O, qeyd edib ki, Zelenski ən çox sursat və silah tədarükü ilə yanaşı, həm də NATO və Aİ-yə qoşulma məsələlərindən narahatdır. "Onlar (ukraynalılar) ərizə veriblər və NATO bu ərizəyə cavab verməlidir. Əgər söhbət Ukraynaya bəzi təhlükəsizlik zəmanətləri verməkdən gedirsə, o zaman həqiqətən işləyən yeganə təhlükəsizlik zəmanəti NATO-ya üzvlükdür", - Kallas bildirib.
Baş nazir vurğulayıb ki, Estoniya NATO-ya üzv dövlətləri Ukraynaya aydın üzvlük perspektivi verməyə çağırır. Lakin bu, yalnız müharibə başa çatdıqdan sonra baş verə bilər.