Avropa Komissiyası “hərbi Şengen” zonası yaradır


Avropa Komissiyası (AK) 2027-ci ilə qədər AB üzrə hərbi qüvvələrin və texnikanın sərbəst hərəkəti üçün “hərbi Şengen” zonası yaratmağı planlaşdırır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə Avropa komissarı Henna Virkkunen məlumat verib.

O bildirib ki, məqsəd orduların Avropa İttifaqı ərazisində daha sürətli köçürülməsini təmin etməkdir. EK tərəfindən yayımlanan sənədlərə əsasən, “hərbi Şengen” zonası 2027-ci ilə qədər fəaliyyətə başlayacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu