ABŞ-da yük təyyarəsi qəzaya düşdü: 7 nəfər öldü, 11 nəfər yaralandı


ABŞ-ın Kentukki ştatına bağlı Luizvil şəhərində bir yük təyyarəsi qalxışdan qısa müddət sonra düşüb.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) tərəfindən verilən açıqlamada yerli vaxtla 17:15 radələrində Luizvil Məhəmməd Əli Beynəlxalq Hava Limanından qalxan yük təyyarəsinin qısa müddət sonra düşdüyü bildirilib.

Qəza nəticəsində təyyarədə olan 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yük təyyarəsinin Luizvil Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay adalarının paytaxtı Honolulua getdiyi qeyd edilib.

Hava limanının ətrafındakı yaşayış sahəsinə yaxın bir əraziyə düşdüyü bildirilen "UPS 2976" reys nömrəli "MD-11" tipli təyyarənin düşmə səbəbinin araşdırıldığı və hava limanının uçuşa bağlandığı qeyd edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu