Kərkükə raket hücumu olub - 1 nəfər yaralanıb


İraqın Kərkük şəhərində yerləşən Kərkük Beynəlxalq Hava Limanına üç raketin düşdüyü, hadisə nəticəsində bir nəfərin yüngül xəsarət aldığı bildirilib.



Kərkük Beynəlxalq Hava Limanı İdarəsinin verdiyi yazılı açıqlamaya əsasən, yerli vaxtla saat 23:30 radələrində mənbəyi hələlik müəyyən edilməmiş 3 raket hava limanına düşüb.



Raketlərdən ikisi hava limanındakı hərbi əraziyə, biri isə mülki sahəyə düşüb. Mülki sahəyə düşən raket otluq ərazidə yanğına səbəb olub.



Yanğın Kərkük Beynəlxalq Hava Limanının yanğından mühafizə xidməti tərəfindən qısa müddətdə söndürülüb.



Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb. Uçuş-enmə zolağında və hava limanının digər obyektlərində hər hansı zərər qeydə alınmayıb.



Kərkük Polis İdarəsindən adının açıqlanmasını istəməyən bir mənbə bildirib ki, Kərkükün Urubə məhəlləsinə də bir raket düşüb.



Həmin raketin bir evin damına düşdüyünü və nəticədə evin zərər gördüyünü bildirən mənbə hadisə zamanı insan tələfatının olmadığını qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu