Husilər Ben Qurion hava limanına raket hücumu təşkil etdiklərini açıqlayıblar


Husilə hipersəs ballistik raketdən istifadə etməklə Tel-Əvivdəki Ben Qurion hava limanına raket zərbəsi endiriblər.


AFN.az xəbər verir ki, bu barədə husilərə məxsus telegram kanalında məlumat verilib. Bildirilir ki, raket qüvvələri hipersəs ballistik raketdən istifadə edərək işğal altındakı Yaffa bölgəsində Ben Qurion kimi tanınan Lod hava limanına hücum reallaşdırılıb.

"Raket hədəfinə müvəffəqiyyətlə çatıb və İsrailin hava hücumundan müdafiə sistemləri onun qarşısını ala bilməyib. Ben Qurion hava limanının fəaliyyəti təxminən bir saat dayandırılıb" - deyə açıqlamada qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu