Husilər Təl-Əvivə hipersonik raket zərbəsi endirdiklərini açıqlayıblar


Yəməndəki husilər İsrailin Tel-Əvivdəki obyektinə "hipersonik ballistik raket" atdıqlarını açıqlayıblar.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

"Yəmən Silahlı Qüvvələrinin Raket Qüvvələri işğal altındakı Yaffa bölgəsində (Tel-Əviv - red.) İsrailin kritik hədəfinə "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum edib. Əməliyyat öz məqsədinə uğurla nail olub", - deyə Sariyanın açıqlamasında bildirilir.

Onun bəyanatını Husilərə məxsus "Al Masirah" telekanalı yayımlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu