Husilər Netanyahunun olduğu hava limanını vurublar

Husilər baş nazir Binyamin Netanyahu ölkəyə qayıdarkən İsrailin Ben Qurion hava limanına raket zərbəsi endiriblər.
Bu barədə RİA Novosti məlumat yayıb.
Hücumun Netanyahunun BMT Baş Assambleyasında çıxışından sonra Nyu-Yorkdan qayıdarkən baş verdiyi iddia edilir. Husilərin bildirdiyinə görə, hava limanına hücum “Fələstin 2” raketi ilə həyata keçirilib. Təl-Əviv hələlik vəziyyəti şərh etməyib.