"Xiaomi" 3-cü rübdə xalis mənfəət rekordu qırdı



Çin texnologiya korporasiyası "Xiaomi" 2025-ci ilin üçüncü rübündə 11,3 milyard yuan (1,59 milyard dollar) məbləğində rekord düzəliş edilmiş xalis mənfəət qeydə alıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 80% artım deməkdir.

AFN.az xəbər verir ki, bu haqda şirkətin maliyyə hesabatında əksini tapıb.

Şirkətin Honkonq Fond Birjasında açıqlanan məlumatlarına görə, rüblük gəlir 113,1 milyard yuana (15,9 milyard dollar) çatıb ki, bu da illik müqayisədə 22,3% artım deməkdir.

Elektrikli nəqliyyat vasitələri və süni intellekt də daxil olmaqla innovativ biznes xətlərindən əldə edilən gəlir 2024-cü ilin eyni dövrü ilə müqayisədə 199,2% artımla rekord həddə - 29 milyard yuana (4,08 milyard dollar) çatıb. Üçüncü rübdə "Xiaomi Auto" təxminən 109.000 elektrikli nəqliyyat vasitəsi tədarük edib. Avtomobil bölməsinin gəliri eyni dövrdə üç dəfə artaraq 28,3 milyard yuana (3,98 milyard dollar) çatıb.

"Xiaomi" 2010-cu ildə Pekində təsis edilib. Səhmləri 2018-ci ildən bəri Honkonq Fond Birjasında ticarət olunur. Əvvəlcə şirkət smartfonlar və müxtəlif istehlakçı elektronikası istehsal edirdi. 2024-cü ilin mart ayının sonunda "Xiaomi" ilk elektrik avtomobilini təqdim etdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu