Moldovanın hava məkanı naməlum dronla pozuldu


Ukrayna və Ruminiya Moldovanın Müdafiə Nazirliyinə ölkənin hava məkanının naməlum mənşəli dron tərəfindən pozulduğunu bildiriblər.

AFN.az Moldova mediasına istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi Telegram-kanalında yayımlanıb.

Bildirilib ki, tərəfdaşlarla informasiya mübadiləsi zamanı dronun Moldovanın hava məkanını keçdiyi təsdiqlənib. Dronun aşağı uçuş hündürlüyü səbəbindən Moldovanın hava nəzarət sistemləri tərəfindən aşkarlanmadığı qeyd olunub.

Məlumata görə, dron təxminən 100 metr hündürlükdə, Ukraynanın Lesnaya kəndindən Stefan Vodə rayonunun Saytsy kəndinə doğru uçub.

Xatırladaq ki, Moldovada əvvəllər də bir neçə dəfə dron qalıqları aşkarlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu