Təyyarədə ani hündürlük itkisi: sərnişinlər xəstəxanaya aparıldı


ABŞ-a məxsus JetBlue hava yolu şirkətinə aid bir təyyarədə ani hündürlük itkisi baş verib və nəticədə sərnişinlər xəstəxanaya aparılıb.

ABŞ Federal Aviasiya İdarəsi (FAA)-nin açıqlamasına görə, Meksikanın Kankun şəhərindən ABŞ-ın New Jersey ştatına gedən JetBlue təyyarəsində ani hündürlük itkisi müşahidə olunub.

162 sərnişin daşıyan Airbus A320 tipli təyyarə hündürlük itkisi baş verdikdən sonra ABŞ-ın Florida ştatındakı Tampa Beynəlxalq Hava Limanına təcili eniş edib.

Hava yolu şirkətinin açıqlamasında yaralı sayı barədə məlumat paylaşılmayıb, lakin səhiyyə işçilərinin hava limanında sərnişin və ekipaj üzvlərini müayinə etdiyi və bəzi sərnişinlərin xəstəxanaya aparıldığı bildirilib.

LiveATC.net” saytının əldə etdiyi hava nəqliyyatı qeydlərinə görə, ən az 3 nəfərin yaralandığı qeyd olunub.

Bundan əlavə, FAA rəsmiləri hadisənin araşdırıldığını açıqlayıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu