Dictionary.com 2025-ci ilin sözünü seçdi


Dictionary.com 2025-ci il üçün ilin sözünü açıqlayıb: “6-7” (və ya “67”, “six-seven”). Lakin internet istifadəçilərinin əksəriyyəti “söz” belə sayılmayan bu seçimi anlamsız hesab edib.

Lüğət “6-7” ifadəsini “klassik brainrot (beyin çürüməsi) jarqonu” kimi təqdim edir; yəni “məqsədli şəkildə mənasız, tamamilə absurd bir şeyin içində olmağın verdiyi əyləncə hissi ilə bağlı ifadə” kimi izah edir.

Qısacası, bu termin “eh belə”, “ola da, olmaya da bilər” mənasında və ya bəzən heç bir məna daşımadan da istifadə olunur.

Xüsusilə gənclər arasında bir növ bağırış refleksinə çevrilən “6-7” idman oyunlarında və ya siniflərdə əllər havada, yüksək səslə söylənir. Müəllimlər isə bu haldan getdikcə daha çox narazıdırlar.

Mənası qeyri-müəyyən, təsiri böyük

Lüğətin dilçilik direktoru Stiv Conson bildirib ki, “6-7”, ilin sözü seçilən ilk nida (interjection) nümunələrindən biridir.

Onun sözlərinə görə, bu ifadə 2025-ci ilin internet mədəniyyətini xarakterizə edən “absurdluk, daxili zarafat və sosial siqnal” qarışığını əks etdirir.

Terminlə bağlı dəqiq mənşə məlum olmasa da, bir çoxları onun Skrillanın 2024-cü ildə yayımlanan “Doot Doot (6 7)” mahnısından və ya NBA ulduzu LaMelo Ballun 6 fut 7 düym boyuna həsr olunan viral videolardan qaynaqlandığını düşünür.

Açıqlamadan sonra sosial media qarışıb.

X platformasında “ITS NOT EVEN A WORD!” (“Bu, bir söz belə deyil!”) yazılan paylaşım 297 mindən çox bəyənmə toplayıb. Komediya ustası Gianmarko Soresi isə “Özümü yaşlanmış hiss edirəm” deyə paylaşım edib.

“6-7” mədəni fenomenə çevrildi

TikTok-da #67 etiketi ilə 2 milyondan çox paylaşım edilib. İnsanlar əl sıxma hərəkətlərindən tutmuş incəsənət əsərlərinə qədər hər şeyi “6-7” mövzusunda hazırlayır.

Bəzi müəllimlər dərslərdə bu ifadəni yumor vasitəsi kimi istifadə edir, bəzi videolarda isə restoranlarda “67” nömrəli sifariş səsləndikdə müştərilərin alqışla reaksiya verdiyi görünür.

Hətta “6-7” bu ay yayımlanan bir South Park bölməsində də yer alıb.

Qısa siyahıda digər namizədlər

Dictionary.com-un 2025-ci il üçün qısa siyahısında yer alan digər ifadələr bunlardır:

aura farming
Gen Z stare
tariff
tradwife

Consonun fikrincə, “6-7” bu namizədlər arasında 2025-ci ilin internetlə yoğrulmuş mədəni ruhunu ən yaxşı əks etdirən termin olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu