Tramp Ukrayna münaqişəsi ilə bağlı mövqeyini yumşaldıb


ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı siyasətini yumşaldıb və bu, Vaşinqtonun Avropa müttəfiqlərini narahat edir.

AFN.az xəbər verir ki, bu barədə "Fox News" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Trampın ritorikasında son bir neçə həftə ərzində dəyişiklik müşahidə olunur. Əvvəlcə Kiyevi dəstəklədiyini və atəşkəsin əldə olunmasına çalışacağını bildirən prezident, indi əvvəlki mövqeyindən geri çəkilib. Bu dəyişiklik təxminən iki həftə əvvəl, Vladimir Zelenski ABŞ-a səfər edərkən baş verib.

Tramp Ukraynaya "Tomahawk" raketləri verməyib və Avropanı ən çox narahat edən addım isə Rumıniyadakı amerikalı hərbçilərin sayının azaldılması qərarı olub. Avropa İttifaqından olan mənbə bildirib ki, ABŞ-ın bu addımlarına cavab olaraq Rusiya regionda təsirini gücləndirəcək.

KİV-ə görə, yumşalma əlamətlərindən biri də Trampın Çin lideri Si Cinpinlə Pusandakı görüşündə Rusiya nefti tədarüklərinin müzakirə olunmamasıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu