ABŞ 40 milyon insanın istifadə etdiyi ərzaq yardımlarını dayandırır


ABŞ Kənd Təsərrüfatı Nazirliyi ölkə üzrə 40 milyondan çox şəxsin faydalandığı ərzaq yardımının noyabrdan etibarən paylanmayacağını açıqlayıb.

Nazirliyin internet saytında yayımlanan açıqlamada vəsaitin tükəndiyi bildirilib və çıxılmaz vəziyyətə görə Senatdakı Demokratlar ittiham edilib.

ABŞ əhalisinin səkkizdə biri tərəfindən istifadə olunan Tamamlayıcı Qida Yardımı Proqramı (SNAP) bir çox ailənin ərzaq büdcəsi üçün kritik əhəmiyyət daşıyır. Orta hesabla dörd nəfərlik bir ailə bu proqram çərçivəsində ayda təxminən 715 dollar dəstək alır ki, bu da şəxs başına gündə təxminən 6 dollara bərabərdir.

Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, hökumətin bağlanması planı çərçivəsində bəzi işçilər vəzifədə saxlanılaraq proqramın əsas fəaliyyəti davam etdiriləcək, lakin çoxillik vəsaitlər tükənib.

Qeyd edək ki, Tramp administrasiyası bu ayın əvvəlində yardımların davamını təmin edə biləcək ehtiyat fondundan istifadəni rədd etmişdi. Ağ Ev bu vəsaitin təbii fəlakətlər kimi həqiqi fövqəladə hallar üçün qorunmalı olduğunu əsaslandırıb.

Demokrat Konqres üzvləri Rosa DeLauroAngie Craig Trampı indiyə qədərki ən amansız və qanunsuz qərarlardan birinə imza atmaqla ittiham edib.

Bununla belə bəzi əyalətlər yaranacaq çatışmazlığı aradan qaldırmaq üçün öz fondlarından istifadə etməyi planlaşdırır. Lakin federal hökumət bu vəsaitlərin geri ödənməyəcəyini xəbərdar edib. Masaçusets kimi təxminən bir milyon insanın yardımdan məhrum qalacağı gözlənilən əyalətlərdə bu dəstəyi qarşılayacaq büdcə yoxdur.

Bir çox əyalət yardım alan şəxsləri ərzaq banklarına yönləndirir.

ABŞ hökumətinin bağlanması bazar günü 26-cı günə daxil olaraq ölkə tarixində ən uzun ikinci bağlanma vəziyyətinə gəlib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu