“Fino, Novax və Domi ilə “I phone 16” qazanmaq şansı!” adlı stimullaşdırıcı lotereyanın doqquzuncu tirajı keçirilib
“Araz” və “Spar” marketlərdə keçirilən “Fino, Novax, Domi ilə “I phone 16” qazanmaq şansı” adlı stimullaşdırıcı lotereyasının doqquzuncu qalibi müəyyən olunub. Doqquzuncu tiraj 24 oktyabr tarixində “Araz market”in ofisində keçirililib və tiraj canlı yayımla “Araz”ın “Instagram”dakı səhifəsində yayımlanıb.
Bir nəfər 2000********1064 nömrəli “Araz kart” sahibi 256 GB yaddaşa malik smart telefon udub. Tirajdan sonra şanslı şəxslə əlaqə saxlanılıb, xoş xəbər çatıdırılaraq hədiyyəsini təhvil alması üçün “Viva Communications” şirkətinə dəvət edilib.
Lotereyanın şərtlərinə görə 4 avqust – 26 oktyabr tarixləri müddətində istənilən "Araz” və "Spar” supermarketlər şəbəkələrindən ümumi dəyəri 10 AZN-dən az olmayaraq "Fino, Novax, Domi" təmizlik məhsulları alan, 18 yaşına çatmış, "Araz Supermarket” rəqəmsal və ya fiziki kartına sahib olan hər kəs lotereyada iştirak edə bilər.
Qalib şəxsin 90 gün ərzində ona uyğun zamanda hədiyyəsini götürməsi təmin ediləcək.




