Bir gündə iki məmur vəfat etdi


Bakıda bir gündə iki məmur vəfat edib.


AFN.az xəbər verir ki, Hesablama Palatasının Maliyyə və təchizat şöbəsinin sektor müdiri Ağayev Namiq Ataxan oğlu dünyasını dəyişib. Onun səhhətində daha öncədən hər hansı problemin olmadığı, qəfil ürəktutmadan həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, N.Ağayev bu il iyunun 24-də Prezidentin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdi.

Eyni gündə Dövlət Statistika Komitəsinin şöbə müdiri də dünyasını dəyişib. Komitənin Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Paşa Yaşar Əhməd oğlu vəfat edib.

Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu