Polşada təxribat iddiası ilə 8 şübhəli saxlanılıb


Polşada təxribat iddiası ilə 8 nəfər saxlanılıb.

Polşanın Baş Naziri Donald Tusk X-də paylaşım edərək, Polşanın Daxili Təhlükəsizlik Xidməti (ABW) ilə digər təhlükəsizlik qurumlarının əməkdaşlığı nəticəsində ölkənin müxtəlif bölgələrində təxribat hazırlığı şübhəsi olan 8 şəxsin saxlandığını açıqlayıb.

Tusk paylaşımında istintaq və əməliyyat tədbirlərinin davam etdiyini vurğulayıb.

Polşa mətbuatında yer alan xəbərlərə görə, Tuskun qeyd etdiyi həmin fəaliyyətlər hərbi obyektlər və kritik infrastrukturun kəşfini aparmaq, təxribat üçün resurs hazırlamaq və birbaşa hücumlar təşkil etməkdən ibarət olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu